Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2020 11:30
Operativ Qərərgah nəznində yaradılmış xüsusi qrup koronavirusa qarşı vaksinlərin yaradılması istiqamətində iş aparan dünyanın aparıcı şirkətlər ilə təmasları davam etdirir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərərgahın brifinqində deyib.
H.Hacıyev bildirib ki, dünya səviyyəsində qəbul olunmuş və sertifikasiya edilmiş vaksinlərin ölkəyə gətirilməsi və tətbiq olunması istiqamətində məsələlər diqqətdə saxlanılır. O qeyd edib ki, burada dərin araşdırma aparmağa ehtiyac var və yan təsirləri olmayan və dünya səviyyəsində sertifikasiya olunan vaksinlər diqqətdə saxlanılacaq.