Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2020 11:44
Seroloji testlər mikroorqanizmlərin törətdiyi xəstəliklərdə istifadə edilir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov deyib.
Onun sözlərinə görə, bu testlərlə qanda anticismlər aşkar edilir: "Anticisim testi ilə biz aşkar edə bilirik ki, kim bu xəstəliyi keçirib. Bu bir növ pronostik əhəmiyyət kəsb edir. Bu test könüllülük əsasında keçirilir. Amma hər şəxsdə deyil. Biz bilsək ki, əhalinin 90 faizi bu xəstəliyi keçirib, karantin rejimini daha da yumşalda bilərik. Əgər nəticə əldə edilsə ki, əhalinin 20-30 faizi bu xəstəliyi keçirib, o halda biz karantin rejimini sərtləşdirmək məcburiyyətində qalacağıq. Yəni biz bu testlərlə əhalinin hansı faizinin bu virusa yoluxub sağaldığını müəyyən edəcəyik".