Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bartomeu Messi ilə görüşdən imtina etdi

Bartomeu Messi ilə görüşdən imtina etdi

Tarix: 29 Avqust 2020 13:10

"Barselona"nın prezidenti Xosep Bartomeu kapitan Lionel Messinin komandanı tərk etməsi üçün güzəştə getmək istəmir.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, argentinalı hücumçu Bartomeu ilə görüşmək istəyib. Klub prezidenti isə bu təklifi qəbul etməyib.

Rəhbərlik 33 yaşlı oyunçunu yalnız müqavilədə qeyd olunmuş 700 milyon  avroluq təzminatın ödəniləcəyi təqdirdə satacaqlarını bildirib.

Qeyd edək ki. L.Messinin "Barselona" ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır. O, klub rəhbərliyindən narazı olduğu üçün sözləşməyə xitam vermək niyyətindədir.

Messinin müqaviləsində müqaviləni birtərəfli qaydada pozmağa imkan verən bənd var.


Etiketlər:  Bartomeu Messi ilə görüşdən imtina etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ