Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Arsenal'' böyük klubların hücumçuları ilə maraqlanır

''Arsenal'' böyük klubların hücumçuları ilə maraqlanır

Tarix: 11 Dekabr 2025 20:06

“Arsenal” klubunun yeni hücumçu hədəfləri müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə “Caught Offside” nəşri məlumat yayıb.

Bildirilir ki, klub hazırda isveçli hücumçusu Viktor Dyökereşi yaxın gələcəkdə əvəzləməyi planlaşdırmır. Bununla yanaşı, “topçular” hücum xəttini gücləndirmək və Dyökeresə dəstək olmaq məqsədilə “Milan”ın cinah hücumçusu Rafael Leao və “Real”ın vingeri Rodriqo Qoeslə yaxından maraqlanır. 

London klubunun bu ulduz futbolçulara yönəlməsinin əsas səbəbləri kimi isə Kay Havertz və Qabriel Jezusun tez-tez zədələnməsi, digər cinah oyunçusu Qabriel Martinellinin isə qeyri-sabit çıxışı göstərilir.


Etiketlər:  Arsenal böyük klubların hücumçuları ilə maraqlanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ