Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı

Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı

Tarix: 11 Dekabr 2025 21:06

UEFA Çempionlar Liqasının 6-cı turunun ən yaxşı futbolçularından ibarət rəmzi komandasını təqdim edib.

QOL.az xəbər verir ki, bu haqda qurumun rəsmi saytı məlumat yayıb. Liqa mərhələsinin 6-cı turunun yekunlarına əsasən tərtib olunan rəmzi komandada turnir cədvəlinin lideri “Arsenal”ın hücumçusu Noni Madueke də yer alıb.

Rəmzi komanda

Qapıçı: Unai Simon (“Atletik Bilbao”).

Müdafiəçilər: Niko O'Rayli (“Mançester Siti”), Məhəmməd Salisu (“Monako”), David Hantsko (“Atletiko Madrid”), Jül Kunde (“Barselona”)

Yarımmüdafiəçilər: Lenart Karl (“Bavariya”), Riçard Rios (“Benfika”), Şarl De Ketelare (“Atalanta”)

Hücumçular: Entoni Qordon (“Nyukasl”), Meyson Qrinvud (“Marsel”), Noni Madueke (“Arsenal”)

Qeyd edək ki, 6 turdan sonra maksimum nəticə göstərən (18 xal) “Arsenal” turnir cədvəlinə başçılıq edir. İlk dördlüyü isə “Bavariya” (15 xal), PSJ (13 xal) və “Mançester Siti” (13 xal) tamamlayır.


Etiketlər:  Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ