Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2025 21:58
“Liverpul” klubu hücumçusu Məhəmməd Salahla yollarını ayırmağa hazırlaşır.
QOL.az xəbər verir ki, “Caught Offside”ın məlumatına görə, Salahı əvəzləyəcək futbolçunun kimliyi bəlli olub. Belə ki, klub PSJ-nin vinqeri Bredli Barkolyanı transfer siyahısına daxil edib.
Məlumata görə, Salahla baş məşqçi Arne Slot arasında ciddi konflikt yaşanıb. Futbolçunun klubu və niderlandlı mütəxəssisi tənqid etdiyi, buna görə də əsas heyətdəki yerini itirdiyi bildirilir. Xatırladaq ki, o, bu səbəbdən Çempionlar Liqasının 6-cı turunda “İnter”lə (1:0) görüşü buraxmışdı.
Qeyd edək ki, Bredli Barkolya bu mövsüm bütün turnirlərdə 19 oyuna çıxıb, 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Paris klubu ilə müqaviləsi 2028-ci ilin iyununa qədər qüvvədədir.