Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çində hotelin çökməsi nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb

Çində hotelin çökməsi nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb

Tarix: 29 Avqust 2020 15:16

Bakı. Trend:

Çinin şimalındakı Şansi əyalətində ikimərtəbəli hotelin çökməsi nəticəsində həlak olanların sayı 13 nəfərə çatıb.

Trend-in məlumatına görə, daha 4 nəfər ağır xəsarət alıb.

Dağıntılar altından 43 nəfəri xilas etmək mümkün olub.

Qəza bölgəsində axtarış-xilasetmə işləri davam edir. Bu prosesə 700-dən çox xilasedici qoşulub.

Hotelin çökməsi ilə bağlı araşdırma aparılır. İlkin ehtimallara görə, insident hotelin banket zalında baş verib.


Etiketlər:  Çində hotelin çökməsi nəticəsində ölənlərin sayı nəfərə çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ