Tarix: 29 Avqust 2020 15:56
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Lionel Messi ilə görüşmək üçün Barselonaya gedib. Qol.az xəbər verir ki, 49 yaşlı mütəxəssis argentinalı hücumçunu komandasında görməyə israrlıdır. Buna görə də 33 yaşlı oyunçu ilə transfer məsələlərini müzakirə etmək üçün görüş təyin edib.
Qeyd edək ki, L.Messi klub rəhbərliyindən narazı olduğu üçün 2021-ci ildə başa çatacaq müqaviləsinə xitam vermək niyyətindədir. Onu PSJ və “İnter”də heyətinə qatmaq niyyətindədir.
Messinin müqaviləsində sözləşməyə birtərəfli qaydada pozmağa imkan verən bənd var.