Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusun çoxalmasının qarşısını alan vitamin varmış

Koronavirusun çoxalmasının qarşısını alan vitamin varmış

Tarix: 29 Avqust 2020 18:18

Hindistanın Manipal Ali Təhsil Akademiyası və Regional Biotexnologiyalar Mərkəzinin alimləri müəyyən ediblər ki, B12 vitamini koronavirusun çoxalmasının qarşısını ala bilər.

Sonxeber.net Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu haqda araşdırma IUBMB Life jurnalında dərc olunub.

Məlum olub ki, B12-nin xüsusi buraxılış forması olan metilkobalamin virus hüceyrələrinin replikasiyasının qarşısını almağa qadirdir.

"Bu maddə infeksiyanı azaltmaq və xəstəxanada təcili yardım göstərmək üçün tibbi heyət, yaşlı adamlar, müşayiətedici xəstəliyi olan şəxslər qrupuna profilaktik vasitə kimi tövsiyə oluna bilər", - məqalədə deyilir.

Bununla yanaşı, alimlər qeyd edirlər ki, COVID-19 xəstələrinin müalicə protokollarına dəyişiklik etmək üçün bir sıra əlavə tədqiqatlara ehtiyac var.


Etiketlər:  Koronavirusun çoxalmasının qarşısını alan vitamin varmış


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ