Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2020 20:06
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının ilk matçlarında komandanın başında olmaya bilər.
Qol.az "Sky Sports News"a istinadən xəbər verir ki, ispan mütəxəssis İspaniyada olduğu üçün İngiltərəyə qayıdan zaman 14 gün müddətində karantində olmalıdır. Bildirilib ki, hazıra Barselonada istirahətdə olan 49 yaşlı çalışdırıcı bölgədəki yaxınlarını ziyarət edir.
Qeyd edək ki, bu gün dünya mətbuatında Qvardiolanın "Barselona"dan Lionel Messini transferi üçün argentinalı hücumçu ilə Barselonada görüş təyin etdiyi xəbərləri yayılıb.
Əlavə edək ki, "Mançester Siti" İngiltərə Premyer Liqasında yeni mövsümdə ilk oyununu sentyabrın 21-i "Vulverhempton"la qarşılaşacaq.