Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2020 20:48
Fevral ayında Trump Hökuməti 2022-ci ilədək müdafiə sənayesində istifadə olunmayan süni zəka və kvant araşdırmalarına 2 milyard dollar sərmayə qoyacağını açıqlamışdı.
Sonxeber.net techland.az-a istinadən bildirir ki, Ağ Ev süni zəka və kvant kompüter mərkəzlərinə 1 milyard dollar sərmayə qoyacağını açıqlayıb. Ağ Ev "Süni Zəkada Amerika liderliyini qorumaq" başlıqlı fərmanla süni zəka və kvant hesablama sahəsindəki istehsallara dəstək verməyə qərar verdiyini açıqlayıb, lakin fərmanda qrant və fondlarla əlaqədar hər hansı bir detal olmadığı bildirilib.
ABŞ-da texnoloji yönümlü yenidənqurma
investisiyadan əlavə ABŞ-da Milli Elm Fondunun nəzdində 5 süni zəka tədqiqat institutu yaradılacaq. Hər qurum 20 milyon dollarlıq investisiya alacaq.
Süni Zəka Mərkəzləri Colorado Universiteti, Texas Universiteti, Oklahoma Universiteti, MIT, UC Davis akademik tədqiqat qrupları və İllinoys Universitetindəki iki fərqli komanda ilə əməkdaşlıq edəcək.