Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2020 04:32
Bakı. Trend:
ABŞ-ın Luiziana və Texas ştatlarında "Laura" qasırğası qurbanlarının sayı 14-dən 16-ya yüksəlib.
Trend-in məlumatına görə, daha iki nəfərin ölümü barədə Luiziana səhiyyə idarəsi məlumat verib.
Bildirilib ki, 84 yaşlı kişi və 80 yaşlı qadın həlak olub: "Ölüm səbəbi elektrik generatordan düzgün istifadə etməməsi səbəbindən dəm qazından zəhərlənmə olub".
Associated Press agentliyi bundan əvvəl fəlakətin 14 qurbanı olduğunu bildirdi.