Tarix: 30 Avqust 2020 14:34
UEFA-nın Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ" - "Şerif" matçının (2:1) hakimlərini qəfil dəyişdirməsinin səbəbi məlum olub.
Qol.az "Kazfootball"a istinadən xəbər verir ki, oyunu Furkat Atajanovun rəhbərliyi ilə qazaxıstanlı hakimlər briqadası idarə etməli olsa da, onun köməkçisi Sergey Kalaçevdə koronavirus aşkarlanıb. Buna görə də Avropanın ali futbol qurumu görüşün hakimlər briqadasını dəyişib.
Bununla da matçın idarəetməsi Nikolay Balakinin başçılığı etdiyi ukraynalı referilərə tapşırılıb.