Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2020 12:08
Milli Məclis deputatlarının məzuniyyəti başa çatıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Milli Məclisin Daxili Nizamnaməsinə (I maddə) əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə-iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.
Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır.
Sentyabrın 15-dən etibarən parlamentin komitələrinin iclasları keçiriləcək.
Daxili Nizamnaməyə əsasən, Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da başlayacaq və dekabrın 30-dək davam edəcək.
Qeyd edək ki, parlamentin sonuncu növbədənkənar sessiyasının iclası avqustun 7-də keçirilib.
11 Dekabr 2025 22:27
11 Dekabr 2025 22:24
11 Dekabr 2025 22:21
11 Dekabr 2025 22:18