Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2020 13:06
Prezident İlham Əliyev "LUKOYL" neft şirkətinin prezidenti Vahid Ələkbərova təbrik məktubu göndərib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: "Hörmətli Vahid Yusuf oğlu, Sizi əlamətdar yubileyiniz - anadan olmağınızın 70 illiyi münasibətilə ürəkdən təbrik edirəm.
Sizin peşəkarlığınız və təşkilatçılıq istedadınız sayəsində bu gün "LUKOYL" dünyada ən iri neft-qaz şirkətlərindən biridir.
"LUKOYL" şirkətinin bizim ölkəmizdə çoxillik səmərəli fəaliyyəti Azərbaycan-Rusiya qarşılıqlı iqtisadi əlaqələrinin genişlənməsinə mühüm töhfə verir, bununla da Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə şərait yaradır.
Sizə uzun ömür, möhkəm cansağlığı, firavanlıq və yeni uğurlar arzu edirəm".