Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2019 10:28
Bakı. Trend:
Sabah Bakıda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Prezident Şurasının iclası öz işinə başlayacaq.
Trend-in məlumatına görə, FİDE prezidenti Arkadiy Dvorkoviç Prezident Şurasında iştirak etmək üçün bu gün Bakıya gələcək. İki gün davam edəcək iclasın gündəliyində bir sıra vacib məsələlər müzakirə ediləcək. Prezident Şurasında həmçinin federasiyaların üzvlük haqqlarının azaldılması məsələsinə baxılacaq. FİDE Prezident Şurasının sonunda yekun qərarlar barədə mətbuata məlumat veriləcək.
Qeyd edək ki, FİDE Prezident Şurasının iclası Bakının "Hilton" otelində keçiriləcək. İclas iyunun 28-i səhər saat 9-00-da başlayacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin