Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2020 04:39
Bakı. Trend:
Yaponiyanın cənubunda yerləşən Okinava prefekturasında ən az 31 450 ev leysan yağışlar və bölgəni bürümüş tayfunun əsdirdiyi güclü küləklər səbəbiylə elektrik enerjisiz qalıb.
Trend TASS-a istinadən xəbər verir ki, ən azı dörd nəfər yaralanıb. Fəlakət səbəbindən yerli Naha Beynəlxalq Hava Limanı bu gün saat 12:00-a qədər (07:00 GMT+4) bağlanıb.
Hazırda tayfun Çinə tərəf yönəlir. Mərkəzi hissəsində küləyin sürəti 45 m/s-dir. Bu 2020-ci ildə Sakit Okeanda qalxan doqquzuncu tayfundur.