Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2020 14:44
Bakı. Trend:
2020-ci ildə Rusiya əhalisi təxminən 158 min nəfər azalacaq. Bu, ötən ilki azalmadan 5 dəfə çoxdur.
Trend-in məlumatına görə, bu barədə Rusiya hökumətinin 2024-cü ilədək milli inkişaf məqsədlərinə nail olmaq üzrə vahid planın layihəsində deyilir.
Bu azalma 2006-cı ildən sonra qeydə alınan ən yüksək göstərici olacaq. Mütəxəssislərin fikrincə, bu, koronavirus pandemiyası və miqrantların ölkəni tərk etməsi ilə bağlıdır.
2018-ci ildə Rusiyada əhali 99,7 min nəfər, 2019-cu ildə, 32,1 min nəfər azalmışdı.
2006-cı ildə isə əhalinin azalma göstəricisi 373,9 min nəfərə bərabər olmuşdu.