Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tibbi maskalarla bağlı bu qadağa ləğv edildi

Tibbi maskalarla bağlı bu qadağa ləğv edildi

Tarix: 1 Sentyabr 2020 14:54

Nazirlər Kabineti "Bəzi malların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında" 2020-ci il 14 fevral tarixli 42 nömrəli qərarında dəyişiklik edib.

Nazirlər Kabinetindən Sonxeber.net-a verilən məlumata görə, Baş nazir Əli Əsədovun imzaladığı sənədə əsasən, Qərarın qüvvədə olma müddəti sentyabrın 1-dən noyabrın 1-dək uzadılıb.

Eyni zamanda "Yeni koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ehtiyacların təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması məhdudlaşdırılan malların Siyahısı" üzrə 5-ci sətrin "Malın adı" sütununda "3001 və 3006 mal mövqelərində" sözləri "3001, 3006 mal mövqelərində və 3005 90 100 0 alt yarımmövqeyində" sözləri ilə əvəz edilir; 12-ci sətrin "Malın adı" sütunundan "maskalar və" sözləri çıxarılır.

Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması məhdudlaşdırılan malların Siyahısı

Sıra

№-si

XİF MN üzrə kod

Malın adı

1

2

3

1.

2207 10 000 0

Spirtin qatılığı 80 həcm % və ya daha çox olan denaturasiya olunmamış etil spirti

2.

2207 20 000 0

Hər hansı bir qatılıqda denaturasiya olunmuş etil spirti və digər alkoqollu tinkturalar

3.

2208 90 910 0

Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litr və ya daha az olan

4.

2208 90 990 0

Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litrdən çox olan

5.

Qrup 30-dan

Əczaçılıq məhsulları (pərakəndə satış üçün formalarda və ya qablaşmalara qablaşdırıl-mayan tənzif və tənzif məmulatları, habelə 3001 və 3006 mal mövqelərində təsnifləşdirilənlər istisna olmaqla)

6.

3808 94-dən

Dezinfeksiyaedici vasitələr

7.

3822 00 000 0-dan

Koronavirus (COVID-19) infeksiyasının müəyyən edilməsi üçün testlər

8.

3926 20-dən

Baxillər

9.

4015 19-dan

Steril və qeyri-steril əlcəklər

10.

5603-dən

Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların və respiratorların, tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlərin (kombinezonların) istehsalında istifadə olunan parçalar

11.

6210 10-dan

Tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlər (kombinezonlar)

12.

6307 90-dan

Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlar, tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlər (kombinezonlar)

13.

9004 90-dan

Tibbi personalın istifadəsi üçün hermetik qoruyucu eynəklər

14.

9019 20 000 0

Ozon, oksigen və aerozol terapiyası, süni tənəffüs aparatı və ya digər terapevtik tənəffüs aparatı

15.

9025 19-dan

İnsan hərarətinin təmassız ölçülməsi üçün elektron portativ termometrlər


Etiketlər:  Tibbi maskalarla bağlı qadağa ləğv edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ