Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2020 14:58
Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Qol.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində 6 cüt müəyyənləşib.
Bunlardan dördü Çempionlar, ikisi Liqa yolunun cütləridir. Azərbaycan çempionu “Qarabağ”ın Norveç “Molde”si ilə təşkil etdiyi cütün potensial rəqibi də bəlli olub. Ağdam təmsilçisi 3-cü təsnifat mərhələsində Norveçin "Molde" klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, pley-off-da "Dinamo" (Zaqreb, Xorvatiya - “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi üz-üzə gələcək.
Qeyd edək ki, əvvəlki mərhələlərdən fərqli iki matçdan ibarət pley-offun ilk oyunları sentyabrın 22-23-də, cavab qarşılaşmaları 29-30-da baş tutacaq.
Çempionlar Liqası
Pley-off
Çempionlar yolu
“Slaviya” (Çexiya) - “Midtülland” (Danimarka)/“Yanq Boyz” (İsveçrə) cütünün qalibi
“Makkabi” (Təl-Əviv, İsrail)/“Dinamo” (Belarus) cütünün qalibi - “Zalsburq” (Avstriya)
“Olimpiakos” (Yunanıstan) - “Omoniya” (Kipr)/“Srvena Zvezda” (Serbiya) cütünün qalibi
“Qarabağ” (Azərbaycan)/“Molde” (Norveç) cütünün qalibi - “Ferensvaroş” (Macarıstan)/“Dinamo” (Xorvatiya) cütünün qalibi
Liqa yolu
“Krasnodar” (Rusiya) – PAOK (Yunanıstan)/“Benfika” (Portuqaliya) cütünün qalibi
“Gent” (Belçika)/“Rapid” (Avstriya) cütünün qalibi - “Dinamo” (Ukrayna)/“Alkmaar” (Niderland) cütünün qalibi