Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Günel Məmmədova: ÜST-ın statistikasında ölkəmiz virusla mübarizədə ilk sıralardadır

Günel Məmmədova: ÜST-ın statistikasında ölkəmiz virusla mübarizədə ilk sıralardadır

Tarix: 1 Sentyabr 2020 17:12

"Dünyada tüğyan edən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması üçün artıq aylardır mübarizə aparılır. Ölkələr çoxsaylı tədbirlər görür, virusun təsirinin azaldılması məqsədilə müxtəlif addımlar atır. Müxtəlif sanitar-epidemioloji, profilaktik, məhdudlaşdırıcı tədbirlərə rəğmən hələ də virusun yayılma sürətini azaltmaq nisbətən mümkün olsa da, yoluxma hallarının qarşısını almaq mümkün deyil. Artıq bütün planetdə yeni növ koronavirusa yoluxanların sayı 25 milyon, COVID-19 virusunun qurbanlarının sayı isə 830 min nəfəri ötüb".

Sonxeber.net xəbər verir ki, bunu YAP Gənclər Birliyi Ofisinin əməkdaşı, gənc siyasətçi Günel Məmmədova deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti də əhalinin təhlükəsizliyinin və sağlamlığının qorunması üçün ən effektiv, təxirəsalınmaz tədbirləri həyata keçirir: "Əhalinin say tərkibinə, xəstələnənlərin sayına, digər ölkələrin və Ümumdünya Səhiyyə Təşkilatının statistikalarına baxanda demək olar ki, ölkəmiz virusla mübarizədə irəlidədir. Belə ki, qlobal bəşəri təhlükə yayılmağa başlayandan Azərbaycan dünyanı bürümüş virusa qarşı mübarizədə ən ciddi tədbirlər görmüş ölkələr sırasına qoşuldu. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə pandemiyaya qarşı vaxtında görülən preventiv tədbirlər sayəsində koronavirusun ölkəmizdə tüğyan etməsinin qarşısı alındı. Dövlətimiz COVID-19-la mübarizəyə vaxtında başladı və bu istiqamətdə görülən tədbirlər effektini göstərdi. Məhz dövlət tərəfindən vaxtında atılan mühüm addımlar, məhdudlaşdırıcı tədbirlər, karantin rejiminin tətbiqi ölkədə koronavirusa kütləvi yoluxma hallarının qarşısını aldı. Digər ölkələrlə müqayisədə Azərbaycanda koronavirusa yoluxma və ölüm hallarının azlığı ölkəmizin qlobal pandemiyanın öhdəsindən bacarıqla gəldiyinin əyani sübutudur".

G.Məmmədova vurğulayıb ki, pandemiya tez bir zamanda aradan qalxması və həyat əvvəlki kimi öz yoluna dönməsi başda dövlətimiz olmaqla, hər kəsin istəyidir: "COVID-19 pandemiyası şəraitində isə ölkə əhalisinin birlik və həmrəylik göstərməsi vacib şərtdir. Ona görə də qarşıdakı müddətdə virusun geniş yayılmaması, insanlarda daha təhlükəli fəsadlar yaratmaması üçün hər bir vətəndaşın karantin rejiminin qaydalarına ciddi şəkildə əməl etməsi olduqca vacibdir. Əgər ehtiyac olarsa, sərtləşdirmə tədbirlərini və xüsusi karantin rejiminin uzadılmasını pandemiya aradan qalxana qədər davam etdirmək lazımdır və hər kəs bu qərarlara məsuliyyətlə yanaşmalıdır. Vətəndaşlar bilməlidirlər ki, pandemiya dövründə həyata keçirilən bütün tədbirlər, qadağalar məhz onların sağlamlığı, rifahı üçün hesablanıb. Hər kəs özünü, yaxınlarını düşünərək maksimal dərəcədə anlayışlı olmalı, qoyulan tələblərə, verilən tövsiyələrə etinasız yanaşmamalı, bəsit gigiyenik qaydalara riayət etməli, maska taxmalı, sosial məsafəni saxlamalı, ehtiyac olmadıqda evdən çıxmamalıdır. Yalnız bu zaman yoluxma zəncirini qırmağa kömək edə, virusa qalib gələ bilərik".


Etiketlər:  Günel Məmmədova ÜST statistikasında ölkəmiz virusla mübarizədə sıralardadır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ