Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''AstraZeneca'' 3 milyard doza koronavirus vaksini istehsal edə bilər

''AstraZeneca'' 3 milyard doza koronavirus vaksini istehsal edə bilər

Tarix: 1 Sentyabr 2020 21:09

Oksford Universiteti ilə birgə koronavirus vaksininin hazırlanması ilə məşğul olan "AstraZeneca" əczaçılıq şirkəti Böyük Britaniyada ən perspektivli preparatlardan hesab olunan AZD1222 preparatının istehsalını genişləndirir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, mövcud sazişə əsasən, şirkət yaxın 1,5 il ərzində rekombinant virus vektoru əsasında on milyonlarla doza vaksin hazırlayacaq, daha sonra bu müqavilə 2023-cü ilədək uzadıla bilər.

"AstraZeneca" vaksin istehsalına aprel ayında başlayıb. Hazırda Böyük Britaniya-İsveç birgə şirkət vaksin yaradıldıqdan sonra 3 milyard doza istehsal etmək gücünə malikdir.

Qeyd edək ki, bir neçə gün əvvəl "AstraZeneca" ABŞ-da vaksin sınaqlarının üçüncü mərhələsinə başlayıb. Sınaqlarda 30 min nəfər iştirak edəcək.


Etiketlər:  AstraZeneca milyard doza koronavirus vaksini istehsal edə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ