Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dağlıq Qarabağda aparılan köçürülmə siyasəti beynəlxalq hüququn norma və standartlarına ziddir – “Hədəf”də TƏHLiL

Dağlıq Qarabağda aparılan köçürülmə siyasəti beynəlxalq hüququn norma və standartlarına ziddir – “Hədəf”də TƏHLiL

Tarix: 1 Sentyabr 2020 23:33

Bakı. Trend:

Ermənistan ənənəvi siyasətini, yəni, işğalçılıq və terrorçuluq siyasətini davam etdirməkdədir. Hər keçən gün münaqişənin sülh yolu ilə həllini daha da dalana dirəyən addımlar atmaqla, terrorçu və işğalçı missiyasını nümayiş etdirən Ermənistan daha bir mənfur niyyətini həyata keçirməkdədir. Bu da Livandan erməniləri işğal altında saxladığı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə yerləşdirməsidir.

Trend-in məlumatına görə, Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” proqramında Ermənistanın xaricdən erməniləri gətirdərək Qarabağa qeyri-qanuni köçürülməsi məsələsi müzakirəyə çıxarılıb. Verilişin qonaqları, Milli Məclisin deputatı Qənirə Paşayeva və Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakultəsinin dekanı, politoloq Vüqar Zifəroğlu işğalçı ölkənin məlum addımları ilə bağlı kəskin fikirlərini səsləndiriblər. Rəsmi Yerevanın bu siyasətinin mahiyyətində dayanan əsas detalları analiz edən qonaqlar bildiriblər ki, Dağlıq Qarabağa ermənilərin köçürülməsi ilə Ermənistan əslində işğalını rəsmiləşdirmək istəyir, oradakı ermənilərin sayını çoxaltmaq niyyəti güdür. Qeyd olunub ki, belə köçürmələrlə Ermənistan niyyətinə nail ola bilməyəcək. Çünki Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, beynəlxalq hüquq bizim tərəfimizdədir, ölkəmiz gec və ya tez öz ərazilərini işğaldan azad edəcək. Vurğulanıb ki, Dağlıq Qarabağda aparılan köçürülmə siyasəti beynəlxalq hüququn norma və standartlarına ziddir.

Proqrama “Skayp” vasitəsilə qoşulan türkiyəli siyasi ekspert Deniz Tansi də Ermənistanın terrorçuluq və işğalçılıq siyasətindən bəhs edib. Ekspert bildirib ki, Ermənistan hər zaman terrorun vətəni olub və bu istiqamətdə də siyasətini həyata keçirib.

“Hədəf” verilişini bütöv şəkildə “YouTube” kanalımızdan izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=YvXBgfUC2q8

https://www.instagram.com/aztvresmi/?hl=ru
http://www.aztv.az/az/
https://www.facebook.com/aztvresmi
https://twitter.com/aztvresmi
https://www.youtube.com/channel/UCVf7OL0jKiO1OMHN_qaNf0w

İnformasiya dəstəyi – Trend.az


Etiketlər:  Dağlıq Qarabağda aparılan köçürülmə siyasəti beynəlxalq hüququn norma standartlarına ziddir Hədəfdə TƏHLiL


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ