Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan vətəndaşlarının 90.8%-i Prezidentə tam etibar edir

Azərbaycan vətəndaşlarının 90.8%-i Prezidentə tam etibar edir

Tarix: 2 Sentyabr 2020 12:15

Sosial Tədqiqatlar Mərkəzinin (STM) "Prezidentin fəaliyyəti ictimai rəydə" hesabatı çap edilib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, hesabat 2020-ci ilin ikinci rübünü - aprel-iyun aylarını əhatə edir.

Respodentlərin Prezidentə və hakimiyyətin hər üç qoluna ( qanunverici, məhkəmə və icraedici) münasibətini öyrənmək məqsədilə bu qurumlara etibarlılıq öyrənilib. Belə ki, respodentlərin mütləq əksəriyyəti Prezidentə etibar etdiyini bildirib. Prezidentə "tam etibar edirəm" deyənlər respodentlərin mütləq çoxluğunu (90,8%) təşkil edir.

Bundan əlavə, respodentlərin mütləq əksəriyyəti tərəfindən ölkə başçısının ordu quruculuğu və silahlı qüvvələrin modernləşdirilməsi (96%) və xarici siyasət (95%) sahəsindəki fəaliyyəti yükəsk qiymətləndirilib.

Ümumilikdə isə respodentlərin mütləq əksəriyyəti (92,8%) ictimai qınağa səbəb olan hadisələrə Prezidentin reaksiyasından razıdır.

Respodentlərin mütləq əksəriyyəti (95,2%) Prezident tərəfindən icra başçılarının vəzifədən azad olunmasında ictimai rəyin olması fikrindədir.

Bundan əlavə, respodentlərin mütləq əksəriyyəti (94,2%) Prezidentin öz sadəliyi və təvazökarlığı ilə məmurlara örnək olması fikrindədir.


Etiketlər:  Azərbaycan vətəndaşlarının Prezidentə etibar edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ