Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Kaş ac, işsiz evdə oturardım, amma bunu yaşamazdım''

''Kaş ac, işsiz evdə oturardım, amma bunu yaşamazdım''

Tarix: 2 Sentyabr 2020 20:15

"Covid19-a mən də inanmırdım. Amma başıma nələr gəldi. İnsanlar, inanın, qorunun. Kaş ac, işsiz-gücsüz, problemlər içində evdə oturardım, amma bunu yaşamazdım. Biz çəkdiyimizi heç kimə arzulamıram".

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri rəqqasə Rəna Ağamuradova (Renka) sosial şəbəkədə yazıb. Koronavirusa yoluxan və atasını da virusa görə itirən sənətçi bunları əlavə edib:

"Çox şeylər eşitdim, oxudum. Dedilər ki, reklam üçün yalandan edir, əcəb olub. Sizin görəsən, ürəyiniz var? O sözləri deyənlər görəsən insandırlar? Sizlərə insan da deyə bilmirəm.

Qorunun, özünüzü pis hiss edən kimi həkimə gedin. Həkimlər çox əziyyət çəkir, 8 saat o paltarda qalırlar. Üst-üstə iki maska taxırlar, 4 aydır evlərinə getmirlər. Susuz, yeməksiz oradadırlar. Həkimlər, əziyyətinizi halal edin. Avqustun 5-dən evdəyəm".


Etiketlər:  Kaş işsiz evdə oturardım amma bunu yaşamazdım


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ