Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sabah''da fransalı hücumçu - Rəsmi

''Sabah''da fransalı hücumçu - Rəsmi

Tarix: 27 Iyun 2019 14:28

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən "Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi Qvineya əsilli fransalı futbolçu Amadu Diallonun keçidini həll edib. 25 yaşlı hücumçu ilə 2 illik müqavilə bağlanıb.

Diallo karyerası ərzində “Monako B” (Fransa), “Namur” (Belçika), “Vayt Star” (Belçika), “Serkl Brügge” (Belçika) klublarının uğurları üçün çalışıb. O, son mövsümdə Fransanın “Red Star” klubunda çıxış edib. Amadu Qvineya millisinin U-23 komandasının da üzvü olub.

Qeyd edək ki, bu, "Sabah"ın mövsümlərarası fasilədə 6-cı transferidir. Bakı klubu daha əvvəl Cavid Tağıyev, Kevin Kubemba, Ruslan Abışov, Məhəmməd Mirzəbəyov və Bəhlul Mustafazadəni heyətinə qatıb.

 


Etiketlər:  Sabahda fransalı hücumçu Rəsmi


RƏYLƏR