Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Minsk 2019”: Mariya Stadnik yarımfinalda

“Minsk 2019”: Mariya Stadnik yarımfinalda

Tarix: 27 Iyun 2019 14:28

Bakı. Trend:

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.

Trend-in məlumatına görə, Olimpiya Oyunlarının üçqat mükafatçısı, dünya və yeddiqat Avropa çempionu Mariya Stadnik (50 kq) mübarizəyə birbaşa 1/4 final mərhələsindən başlayıb. Güləşçimiz bu mərhələdə polşalı Anna Lukasiak üzərində təmiz qələbə qazanaraq (10:0) yarımfinala yüksəlib. Yarımfinalda onun rəqibi türkiyəli Evin Demirhan olacaq.

Digər üç güləşçimiz də 1/8 final mərhələsində ilk görüşlərində qələbə qazanıb. Alyona Kolesnik (57 kq) Macarıstan təmsilçisi Ramona Qalambosu 10:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. Lakin güləşçimiz dörddəbir finalda bolqarıstanlı Mimi Hristovaya uduzub – 0:6.

Elmira Qəmbərova da (62 kq) səkkizdəbir finalda almaniyalı Lutsi Manskeyə (4:0) qalib gəlib. Bu mərhələdə güləşçimizin rəqibi polşalı Katarina Madrovska olacaq.

1/8 finalda yunanıstanlı Aykaterini-Eyrini Pitsiavaya 9:0 hesabı ilə qalib gələn Səbirə Əliyeva (76 kq) 1/4 finalda Böyük Britaniya təmsilçisi Ceorcina Nelthopr ilə qarşılaşacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Minsk 2019 Mariya Stadnik yarımfinalda


RƏYLƏR