Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2020 09:12
Moldova Trans-Adriatik qaz kəmərinə (TAP) Ungenı-Kişinyov kəməri vasitəsilə qoşulmaqla Azərbaycan qazına çıxış əldə edə bilər.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) vitse-prezidenti Alen Pillu deyib.
Qeyd olunub ki, 120 kilometr uzunluğunda Ungenı-Kişinyov qaz kəməri yaxın zamanlarda istifadəyə veriləcək və Rumıniya ilə Moldovanın qaz-nəqliyyat sisteminin birləşməsini başa çatdıracaq.
Ungenı-Kişinyov qaz kəməri təxminən 90 faiz qaz idxalından asılı olan Moldovaya enerji mənbələrini şaxələndirməyə imkan verəcək.