Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əfqanıstan hökuməti 5 minə yaxın talibançını azad edib

Əfqanıstan hökuməti 5 minə yaxın talibançını azad edib

Tarix: 3 Sentyabr 2020 14:08

Bakı. Trend:

Əfqanıstan hökuməti “Taliban” radikal hərəkatı ilə əldə edilmiş razılıq çərçivəsində 5 minə yaxın talibançını həbsdən azad edib.

Trend-in məlumatına görə, razılaşmaya əsasən 5 min nəfər azad edilməli olsa da, bəzi silahlıların buraxılmasına xarici ölkələr qarşı çıxıb.

Qeyd edək ki, tərəflər arasında razılaşma bu ilin fevralında Qətərdə imzalanıb. Sazişə əsasən, “Taliban” da saxladığı min nəfəri azad etməlidir. Bundan başqa, 14 ay ərzində ABŞ və müttəfiqlər Əfqanıstan ərazisindən qoşunları çıxarmalıdır.


Etiketlər:  Əfqanıstan hökuməti minə yaxın talibançını azad edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ