Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sumqayıt sakininin meyiti Bakıda dəniz kənarında aşkarlandı

Sumqayıt sakininin meyiti Bakıda dəniz kənarında aşkarlandı

Tarix: 3 Sentyabr 2020 18:06

Bakı. Samir Əli - Trend:

Bakıda dəniz kənarında meyit tapılıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində dəniz kənarında naməlum kişi meyiti aşkarlanıb. Araşdırmalar zamanı həmin şəxsin Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 60, mənzil 21-də yaşayan, 1952-ci il təvəllüdlü Abdullayev Vaqif Qubad oğlu olması müəyyən edilib. Onun hansı şəraitdə və nədən ölməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Sumqayıt sakininin meyiti Bakıda dəniz kənarında aşkarlandı


RƏYLƏR