Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2020 07:32
Bakı. Trend:
Argentinalı həkimlər son sutkada 12.026 koronavirusa yoluxma halı aşkar ediblər ki, bu da pandemiya başlayandan ölkədə ən yüksək artımdır. Daha əvvəl ölkədəki sutkalıq antirekord 11.717 olub.
Trend-in Tass-a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə nazirliyi xəbər verib.
Bildirilir ki, yoluxanların ümumi sayı 451.198-ə çatıb.
Yeni yoluxma hadisələrin əksəriyyəti Buenos Ayres əyalətində qeydə alınıb - 6.990, ardından 1.411 hadisə ilə paytaxt gəlir. Ötən sutka ərzində 245 koronaviruslu xəstənin ölümü təsdiqlənib, ümumi ölüm sayı 9.361-ə çatıb. SAğalananların sayı isə 322.461 nəfər təşkil edir.