Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2020 12:38
Masallıda 37 sututardan 24-ünün bərpası başa çatıb, digərlərində də işlər yaxın zamanlarda yekunlaşdırılacaq.
Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Rəfael Məmmədov bildirib.
Onun sözlərinə görə, sututarların bərpasının oktyabr ayına yekunlaşacağı gözlənilir:
"Masallı rayonundakı sututarlar sovet dövründə inşa edildiyindən artıq yararsız hala düşmüşdü. Burada təmir-bərpa işləri aparılıb və yaxın vaxtlarda həmin sututarlar yenidən istifadəyə veriləcək. İşlər tam yekunlaşdıqdan sonra ümumilikdə 37 sututarda 8 milyon kub su yığılacaq ki, bu da 3230 hektar sahənin suvarılmasını tam təmin edəcək".