Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AccessBank tələbələrarası müsabiqənin qaliblərini mükafatlandırıb (FOTO)

AccessBank tələbələrarası müsabiqənin qaliblərini mükafatlandırıb (FOTO)

Tarix: 27 Iyun 2019 18:27

Bakı. Trend:

"AccessBank"ın keçirdiyi tələbələrarası müsabiqəsinin qalibləri müəyyənləşib.

Bankdan Trend-ə verilən məlumata görə, müsabiqəyə müxtəlif ali təhsil müəssisələrinin 500-dən çox tələbəsi 130-a yaxın komanda şəklində onlayn formada qoşulub. Müraciətlər qiymətləndirildikdən sonra 12 komanda növbəti mərhələyə keçid alıb.

Həmin komandaların üzvləri AccessBank-ın baş ofisində marketinq və mobil bankçılıq mövzularında keçirilən təlimlərdə iştirak ediblər. Final günü isə komandaların hazırladığı yekun təqdimatlar qiymətləndirilib. Bankın əməkdaşlarından ibarət münsiflər heyəti tərəfindən aparılan qiymətləndirmə nəticəsində Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının "2Cool4" komandası birinci yeri tutub. İkinci və üçüncü yerlərə isə UNEC-in "ParadISE" və "Accessories" komandaları layiq görülüb. Müsabiqənin şərtlərinə əsasən, "2Cool4" komandasına 1000 AZN, "ParadISE" və "Accessories" komandalarına isə müvafiq olaraq 600 və 400 AZN məbləğində pul mükafatları verilib.

Bununla yanaşı, ilk üç yeri tutan komandaların üzvləri bankda təcrübə keçmək imkanı qazanıb.


Etiketlər:  AccessBank tələbələrarası müsabiqənin qaliblərini mükafatlandırıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ