Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fatma Hüseynova vəfat etdi

Fatma Hüseynova vəfat etdi

Tarix: 16 Oktyabr 2025 09:50

Məhşur pambıq ustası, Sosialist əməyi qəhrəmanı Fatma Rza qızı Hüseynova 86 yaşında vəfat edib.

Sonxeber.net xəbər verir ki, bu barədə APA məlumat yayıb.

Onun bu gün səhər saatlarında dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, F.Hüseynova Azərbaycan SSR Ali Sovetinin (IX çağırış, XI çağırış), SSRİ Ali Sovetinin (X çağırış) deputatı olub.

O, 2002-ci ildə Prezidentin fərdi təqaüdünə, 2017-ci ildə isə 1-ci dərəcəli "Əmək" ordeninə layiq görülüb.


Etiketlər:  Fatma Hüseynova vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ