Tarix: 27 Iyun 2019 18:44
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında 97 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Nurməhəmməd Hacıyev bu gün final görüşünə çıxa bilməyəcək.Qol.az-ın Azərbaycan Güləş Federasiyasının rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, buna səbəb onun dünən yarımfinalda dizindən zədə almasıdır. Həkimlərin tövsiyəsinə əsasən, Hacıyev həlledici qarşılaşmaya çıxmayacaq. Bu isə o deməkdir ki, pəhləvanımız məcburiyyətdən gümüş medalla kifayətlənməli olacaq.
Qeyd edək ki, Hacıyev finalda rusiyalı güləşçi Abdulrəşid Sadullayevlə qarşılaşmalı idi.