Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2020 20:56
"Barselona"nın kapitanı Lionel Messi klubda qalacaq.
Sonxeber.net offsideplus.az-a istinadən xəbər verir ki, bu barədə 33 yaşlı argentinalı hücumçu özü məlumat verib.
Messi, klubda qalacağını, ancaq Bartomeunun idarəçiliyinin bərbad olduğunu bildirib:
"Xoşbəxt deyildim və klubdan ayrılmaq istədim. Buna heç bir şəkildə icazə verilmədi və qanuni mübahisəyə girməmək üçün klubda qalacağam. Bartomeunun rəhbərlik etdiyi klubun rəhbərliyi fəlakətdir".