Tarix: 5 Sentyabr 2020 12:18
“Monako”nun baş məşqçisi Niko Kovaç koronavirusa yoluxduğu ehtimal edilir.
Qol.az Fransa mətbuatına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssisdən, eləcə də qapıçı Benjamin Lekomtadan götürülən test nümunələrinin cavabı müsbət çıxıb.
Bununla belə, həm N.Kovaçda, həm də qolkiperdə virusun əlamətlərinə rast gəlinmədiyi və hər iki şəxsin özünü yaxşı hiss etdiyi bildirilib.
Xorvat çalışdırıcıda Covid-19-a yoluxma təsdiqlənərsə, o, Liqa 1-də bu virusa yoluxmuş ilk məşqçi olacaq.
Qeyd edək ki, Niko Kovaç bu ilin iyul ayında “Monako”ya keçib.