Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2020 16:32
"Monako"nun baş məşqçisi Niko Kovaç koronavirusa yoluxduğu ehtimal edilir.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssisdən, eləcə də qapıçı Benjamin Lekomtadan götürülən test nümunələrinin cavabı müsbət çıxıb.
Bununla belə, həm Kovaçda, həm də qolkiperdə virusun əlamətlərinə rast gəlinmədiyi və hər iki şəxsin özünü yaxşı hiss etdiyi bildirilib.
Xorvat çalışdırıcıda Covid-19-a yoluxma təsdiqlənərsə, o, Liqa 1-də bu virusa yoluxmuş ilk məşqçi olacaq.
Qeyd edək ki, Niko Kovaç bu ilin iyul ayında "Monako"ya keçib.