Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fəsadsız keçən miokard infarktı

Fəsadsız keçən miokard infarktı

Tarix: 5 Sentyabr 2020 21:36

Ritm pozğunluğu, qan dövranı çatışmzlığı əlamətləri və başqa ağırlaşmalar olmadan keçən infarkt fəsadsız keçən infarkt adlanır. Belə miokard infarktının klinik şəkli anginoz tutma, kifayət qədər zəif nəzərə çarpan fiziki simptomlarla və nekrotik sindromla xarakterizə olunur. Asmatik, aritmik, serebrovaskulyar infarktlar fəsadsız infarkt sayıla bilməz.
Fəsadsız infarktda xəstələrin şikayətləri ürək nahiyyəsində baş verən zəif ağrılardan olur. Xəstələrin dərilərinin rəngi solğun və nəmliyi artmış olur. Ürək yığılmalarının sayında dəyişuklik olmur, tənəffes tezliyi artır. Ürək döyüntülərinin sayı 1 dəqiqədə 60, taxikardiya zamanı isə 100 olur. İnfarkt baş verdikdən sonra ilk günlər xəstədə subfebril qızdırma olur. Xəstəlik vaxtında aşkarlarıb müalicə olunarsa fəsadsız ötüşür. Yox əgər xəstəni infarkt vurubsa və o dərhal həkimə müraciət etməyibsə xəstəlik kəskinləşir və aşağıdakı ağırlaşmalar baş verə bilir:
* ürəkdə ritm və keçiricilik pozulması
* kardiogen şok
* ürək astması
* ağciyər ödemi
* ürəyln kəskin anevrizması
*ürəyin cırılması
Diaqnozu: Xəstəliyin kliniki əlamətlərinə və EKQ-nin nəticələrinə əsasən qoyulur.
Müalicəsi: Xəstəliyin klniki əlamətlərinə əsasən aparılır. Xəstəyə ağrıkəsici, qandurulducu və s. dərman preparatları təyin edilir.


Etiketlər:  Fəsadsız keçən miokard infarktı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ