Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2020 21:50
"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Sabah"a 3:1 hesabı ilə qalib gəldikləri yoxlama oyununu şərh edib.
Qol.az klubun saytına istinadən xəbər verir ki, 39 yaşlı mütəxəssis millinin oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilənin onlar üçün çox faydalı olduğunu deyib:
"Komandaya yeni qoşulanlar və formada olmayan futbolçularımız var idi. Ağır məşqlərdən sonra uşaqların meydandakı əzmkarlığı, çalışqanlığı məni qane etdi. Bu gün bizim bəzi oyunçularımız da milli komandaların heyətindədir. Fürsətdən istifadə edərək, gənc futbolçuların hazırlıq səviyyəsini də yoxladıq. Ümidvaram ki, turdan-tura daha da artıracağıq".