Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İraqlı tələbə Bakıda qanunsuz idarə etdiyi avtomobillə 6 yaşlı uşağı vurdu

İraqlı tələbə Bakıda qanunsuz idarə etdiyi avtomobillə 6 yaşlı uşağı vurdu

Tarix: 28 Iyun 2019 08:10

Bakı. Samir Əli - Trend:

Bakıda İraq vətəndaşı avtomobillə qəza törədib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

İraq vətəndaşı, Azərbaycan Dövlət Tibb Universitetinin tələbəsi Ahmed Xalif Ezzatın etibarnaməsi olmadığı halda dostu Anar Əfəndiyevə məxsus "KİA Coreto" markalı 99-NU-605 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Nəsimi rayonu, Vaqif küçəsində velosipedçi, 2013-cü il təvəllüdlü Səlim Səlimovu vurub.

Hadisə nəticəsində azyaşlı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İraqlı tələbə Bakıda qanunsuz idarə etdiyi avtomobillə yaşlı uşağı vurdu


RƏYLƏR