Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2020 00:15
Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda alkoqolizm və alkoqol psixozu ilə xəstələnənlərin sayı azalıb.
Trend-in məlumatına görə, 2019-cu ildə ölkənin müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan alkoqolizm və alkoqol psixozu ilə xəstələnənlərin sayı 16 387 nəfər olub. 2018-ci ildə isə bu göstərici 20 401, 2017-ci ildə 21 364, 2000-ci ildə 19591 nəfər olub.
2019-cu ildə 515 nəfərə alkoqolizm və alkoqol psixozu diaqnozu ilk dəfə qoyulub. Ölkədə əhalinin hər 100 min nəfərindən 164,7 nəfəri alkoqolizm və alkoqol psixozundan əziyyət çəkir.