Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mərkəzi Gömrük Hospitalının otorinolarinqoloqu “Uşaqların qulaqlarını iltihablaşmadan necə qoruyaq” sualını cavablandırıb

Mərkəzi Gömrük Hospitalının otorinolarinqoloqu “Uşaqların qulaqlarını iltihablaşmadan necə qoruyaq” sualını cavablandırıb

Tarix: 7 Sentyabr 2020 10:00

Bakı. Trend:

“Həkim məsləhəti” rubrikasında t.f.d.,uzman otorinolarinqoloq Aynur Vəliyeva “Yay mövsümündə uşaqların qulaqlarını iltihablaşmadan necə qoruyaq” sualını cavablandırıb.

Dəniz və hovuz suları uşaqlarda qulaq xəstəliklərinə səbəb olur. Qulağa su düşdüyü zaman qulaqda olan kir şişir və qulaqda nəmlik və doluluq hissinin yaradır. Bu vəziyyət uzun müddət davam edərsə iltihablanmaya səbəb ola bilər. Bu halların yaranmasının qarşısını almaq üçün dəniz və hovuz mövsümündən əvvəl mütləq şəkildə müayinə üçün otorinolarinqoloq müraciət olunmalıdır.

Ən çox hovuz sularında bakteriya və göbələklər artır və infeksiyaya səbəb olur. Hovuz sularında istifadə olunan xlorlu antiseptik maddələr allergiyası olan uşaqlarda yevstax borusunda ödəm yaradır. Bu ödəm isə orta dərəcəli qulaq iltihablaşmasına səbəb olur. Bu halda medikal müalicə edilməlidir. Qulaq pərdəsi dəlik olan və parasentez boru qoyulmuş uşaqlar qulaq tıxacları olmadan dənizə girməsi tövsiyə olunmur.

Qulaq tıxaclarının taxılması yalnız qulaq pərdəsi dəlik olan insanlara tövsiyə olunur. Əksə təqdirdə hava sirkulyasiyası təzyiq fərqi yaratdığı üçün qulaq pərdəsinin dəlinməsinə səbəb ola bilər. Qulaq iltihabı xəstəliyinin əlamətlərinə çənə hərəkətləri zamanı qulaqda ağrı və qaşıntı hissi, sarı yaşıl axıntının olması, qulaqda doluluq hissi, eşitmə azlığı aiddir. Qulaq xəstəliyi olduğu halda qulaqları quru saxlamaq, qulaq tıxaclarından uzunmüddətli istifadə olunmamalıdır.

Qulaqlar üçün uyğun mühit Ph 7.2-7.6 arasında olmalıdır. Qulağa su düşdüyü zaman başı yana çevirərək təmiz bezlə qurulamaq lazımdır. Saç fenini 50-60sm. məsafədən qulağa tutaraq qurutmaq lazımdır. Qulaqlardan iltihablı axıntı olduğu zaman otorinolarinqoloqa müraciət etmək tövsiyə olunur.


Etiketlər:  Mərkəzi Gömrük Hospitalının otorinolarinqoloqu Uşaqların qulaqlarını iltihablaşmadan necə qoruyaq sualını cavablandırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ