Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2020 10:36
Bakı. Trend:
Dünyanın bir nömrəli tennisçisi, serbiyalı Novak Cokoviç matç zamanı topu yan hakimə vurduğu üçün “US Open” turnirindən kənarlaşdırılıb.
Trend-in məlumatına görə, birinci setin sonlarında serbiyalı ulduz oyunu alnmadığı üçün əlindəki topu kənara vurub. Nəticədə top hakimin boğazına dəyib.
N.Cokoviç bu addımı qəsdən etmədiyini desə də, turnirin təşkilatçıları idmançını diskvalifikasiya etmək qərarına gəlib.
Onun turnirdə qazandığı reytinq xalları silinib, rəqibi Pablo Karrenyo-Busta dörddəbir finala yüksəlib.