Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəhrəmtəpə-Biləsuvar avtomobil yolu yenidən qurulub (FOTO)

Bəhrəmtəpə-Biləsuvar avtomobil yolu yenidən qurulub (FOTO)

Tarix: 7 Sentyabr 2020 11:48

Bakı. Trend:

Ölkə daxilində avtomobil yollarının yüksək keyfiyyətlə qurulması əsas hədəflərdən biridir. Çünki keyfiyyətli yollar bölgədə təkcə turizm üçün deyil eyni zamanda kənd təsərrüfatı və digər sahələrin inkişafı üçün də təkan verir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, yenidən qurulmasının bu il yekunlaşması nəzərdə tutulan yollardan daha biri, respublika əhəmiyyətli Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun təmiri artıq yekunlaşıb.

Dövlət başçısının fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən keçdiyi bölgədə xüsusi əhəmiyyətə malik Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun bərpası layihəsi uğurla sona çatdırılıb.

Bəhrəmtəpə-Biləsuvar avtomobil yolu respublikamızın regionları, o cümlədən İmişli və Bİləsuvar rayonları arasında iqtisadi əlaqələrin, həmçinin kənd təsərrüfatının və regionların sosial-iqtisadi inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bunlarla yanaşı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərini əlaqələndirən avtomobil yolu olduğundan tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var.

Respublika əhəmiyyətli Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun uzunluğu 60 km-dir. Layihə üzrə mövcud yol oxu saxlanılmaqla yolun II texniki dərəcəyə təkmilləşdirilməsi işləri aparılıb. Ümumi eni 15 metr olan yola 7.5 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 3.75 metr enində çiyinlər daxildir.

Layihə çərçivəsində həmçinin yol boyu mobilizasiya işləri aparılıb, tikinti sahəsi təmizlənib, köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, yolun köhnə və yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə, həmçinin qaya dolğusu və genişləndirmə işləri aparılmaqla yeni yol yatağı inşa olunub.

Torpaq işlərinin ardınca yol əsasının inşasına başlanılıb. Yol əsası optimal qırmadaş və qum-çınqıl qarışıqlarıdan istifadə olunmaqla inşa olunub. Buna paralel olaraq yol əsası hazırlanan hissələrin asfaltlanması işləri də aparılıb, yola ələqələdirici bitum səpilməklə 27 sm qalınlığında 3 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, 60 km-lik yol boyu 3 avtomobil körpüsü inşa olunub. Yolun 1.8-ci km-də, 3.1-ci və 38.8-ci km-də inşa edilən körpülərin uzunluqları 28 və 32.5 metr təşkil edir. Yolun 3.7-ci km-də, Araz çayı üzərində yerləşən 230 metr uzunluğunda olan mövcud avtomobil körpüsü də təmir olunaraq gücləndirilib.

Bundan başqa köhnə suötürücü boruların yenilənməsinə və yenilərinin inşasına ehtiyac olduğu üçün 61 mövcud boru yenilənib, 39 dairəvi boru və 14 düzbucaqlı su keçidinin inşası yekunlaşdırılıb. Layihəyə uyğun olaraq yol boyu 8 nöqtədə yeraltı keçid inşa edilib, zəruri yerlərdə 28 avtobus dayanacağı quraşdırılıb.

Bütün işlər texnoloji ardıcıllığa uyğun olaraq və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılıb.

Bəhrəmtəpə-Biləsuvar avtomobil yolu yenidən qurulub (FOTO) - Gallery Image Bəhrəmtəpə-Biləsuvar avtomobil yolu yenidən qurulub (FOTO) - Gallery Image Bəhrəmtəpə-Biləsuvar avtomobil yolu yenidən qurulub (FOTO) - Gallery Image Bəhrəmtəpə-Biləsuvar avtomobil yolu yenidən qurulub (FOTO) - Gallery Image Bəhrəmtəpə-Biləsuvar avtomobil yolu yenidən qurulub (FOTO) - Gallery Image Bəhrəmtəpə-Biləsuvar avtomobil yolu yenidən qurulub (FOTO) - Gallery Image Bəhrəmtəpə-Biləsuvar avtomobil yolu yenidən qurulub (FOTO) - Gallery Image Bəhrəmtəpə-Biləsuvar avtomobil yolu yenidən qurulub (FOTO) - Gallery Image


Etiketlər:  Bəhrəmtəpə Biləsuvar avtomobil yolu yenidən qurulub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ