Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq müzakirə olunub

Tarix: 7 Sentyabr 2020 13:36

Xarici İşlər naziri Ceyhun Bayramovun Özbəkistan Xarici İşlər naziri Əbdüləziz Kamilov ilə telefon söhbəti baş tutub.

Nazirlikdən Sonxeber.net-a verilən məlumata görə, nazirlər ikitərəfli əməkdaşlıq əlaqələrinin müxtəlif aspektləri üzrə fikir mübadiləsi aparıblar. İkitərəfli əməkdaşlığın inkişafı, o cümlədən pandemiyaya baxmayaraq ölkələr arasında ticarət dövriyəsinin artdığı vurğulanıb.

Tərəflər, həmçinin Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, həmçinin Özbəkistan Respublikasının Müstəqil Dövlət Birliyində (MDB) hazırkı sədrlik dövründən irəli gələn məsələləri müzakirə ediblər.

Telefon danışığı zamanı tərəflər digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparıblar.


Etiketlər:  Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq müzakirə olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ