Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oliqarx ''Neftçi''nin rəqibinə 10 milyonadək pul ayırdı

Oliqarx ''Neftçi''nin rəqibinə 10 milyonadək pul ayırdı

Tarix: 28 Iyun 2019 10:08

Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"nin potensial rəqibi olan Rusiyanın "Arsenal" klubu böyük məbləğdə maliyyə dəstəyi alıb.

Qol.az  xəbər verir ki, özbək mənşəli oliqarx Alişer Usmanov Tula təmsilçisinə 600 milyon rubl (bugünkü kursla 9 milyon 500 min dollar) hədiyyə edib.

Rusiyalı iş adamının nümayəndəsi yerli mətbuata açıqlamasında məlumatı təsdiqləyib. Usmanovun daha əvvəl də "Arsenal"a maddi dəstək olduğu bildirilir.

Qeyd edək ki, "Neftçi" birinci mərhələdə Moldovanın "Sperantsa" klubunu keçsə, ikinci mərhələdə "Arsenal"a rəqib olacaq.
 


Etiketlər:  Oliqarx Neftçinin rəqibinə milyonadək ayırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ