Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ENGINET şirkəti Azərbaycandakı Amerika Ticarət Palatasına üzv oldu

ENGINET şirkəti Azərbaycandakı Amerika Ticarət Palatasına üzv oldu

Tarix: 7 Sentyabr 2020 16:00

Bakı. Trend:

ENGINET şirkəti nüfuzlu şirkətlərin təmsil olunduğu Amerika Ticarət Palatasına (“AmCham Azərbaycan”) üzv oldu. Bu əməkdaşlıq biznes mühitində digər üzv şirkətlərlə işgüzar əlaqələrinin qurmağa, həmçinin ümumilikdə ENGINET şirkətinin biznesə təklif etdiyi xidmətlər və imkanlar barədə məlumat almağa şərait yaradacaq.

Azərbaycandakı Amerika Ticarət Palatasına üzvlük ENGİNET şirkətinə fəaliyyət göstərdiyi İKT sahəsi üzrə xarici bizneslərin təcrübələrini öyrənməyə böyük imkanlar yaradacaq.
Bununla yanaşı, palatanın tərkibində fəaliyyət göstərən İKT Komitəsinin təşkil etdiyi konfrans, brifinq və digər tədbirlərdə fəal iştirak və komitə üzvləri ilə İKT sahəsində gündəmdə olan məsələrlə bağlı fikir mübadiləsi ENGiNET şirkətinin effektivliyinə müsbət təsir göstərəcək.

Qeyd edək ki, “AmCham Azərbaycan” xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış “AmCham Azərbaycan” iqtisadiyyatın hər sektorunda fəaliyyət göstərən 270-dən çox üzv şirkəti özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80%-ni, eləcə də yerli investisiyaların mühüm hissəsini təmsil edir.


Etiketlər:  ENGINET şirkəti Azərbaycandakı Amerika Ticarət Palatasına üzv oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ