Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu günə kimi 40 minə yaxın namizəd müəllim olmaq üçün imtahan verib

Bu günə kimi 40 minə yaxın namizəd müəllim olmaq üçün imtahan verib

Tarix: 7 Sentyabr 2020 19:40

Bu günə kimi 17 fənn üzrə 40 minə yaxın namizəd müəllim işləmək üçün imtahan verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin İnsan resurssları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi artıq başa çatmaq üzrədir:

"Sabah test imtahanı mərhələsi başa çatır. Artıq sabah 14.00-dan apelyasiya mərhələsi başa çatan fənlər üzrə vakansiya seçimi mərhələsini elan edəcəyik. Namizədlər iki gün davam edəcək bu mərhələdə 8 vakant yer seçəcəklər. Daha sonra elektron qaydada yerləşdirmə aparılacaq və vakanat yerləri tutmaq hüququ olan namizədlərə məlumat veriləcək".

Milli.Az


Etiketlər:  günə kimi minə yaxın namizəd müəllim olmaq üçün imtahan verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ