Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Biz onlar üçün oynayırıq" - Qara Qarayev

Tarix: 7 Sentyabr 2020 19:54

"Bütün fikirlərimiz bu oyundadır. Hazırlıqlarımız yaxşı səviyyədədir. Şükürlər olsun ki, Mahir Emrelidən başqa itkilərimiz yoxdur.Oyuna tam şəkildə hazırıq".

Qol.az xəbər verir ki, bu sözləri millimizin futbolçusu Qara Qarayev UEFA Millətlər Liqasının 2-ci turunda Kiprlə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

27 yaşlı yarımmüdafiəçi daha sonra bildirib: "Əlimizdən gələni edəcəyik ki, yenidən azarkeşlərin etimadını qazanaq. Biz onlar üçün oynayırıq. Ümidvaram ki, sabah azarkeşlərimizi sevindirəcəyik".

Q. Qarayev rəqib haqqında kifayət qədər məlumatlı olduqlarını söyləyib: "3-4-cü dəfədir bura gəlirəm. Kipr haqqında məlumatımız var. Baş məşqçi hər şeyi dəqiqliklə analiz edib və bizə bütün məlumatları verib. Əlavə nə isə etməyimizə ehtiyac yoxdur".

 


Etiketlər:  Biz onlar üçün oynayırıq Qara Qarayev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ